Düşmənin belini qıran Hadrut əməliyyatı

2020-ci il 9 oktyabr tarixində Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması Müzəffər Ordumuzun Vətən Müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur. Hələ qəsəbə azad edilməmişdən iki gün əvvəl Ordumuzun Xüsusi Təyinatlı Qüvvələri düşmən müdafiəsinin boşluqlarından istifadə edərək, onun arxasına keçə bilmiş və Hadrutun ətrafında yerləşən yüksəkliklərdə mövqe qurmuşdular.
Ermənistan silahlı qüvvələri bundan ancaq bir gün sonra xəbər tutmuşdular. Hərb tarixinə qızıl hərflərlə yazılmış Hadrut əməliyyatı zamanı xüsusi təyinatlılarımız Ordumuzun artilleriyasının, pilotlu və pilotsuz aviasiyasının düşmən hədəflərinə, mövqelərinə dəqiq atəşin həyata keçirilməsini böyük məharətlə, ustalıqla nizamlamışdılar. Hadrutda erməni yalanlarına inanan yerli əhali vaxtında oradan çıxmamışdı. Lakin Azərbaycan tərəfi oradakı mülki əhalinin təhlükəsizliyinə kifayət qədər həssaslıqla yanaşaraq, onların təhlükəsiz şəkildə ərazidən çıxması üçün şərait yaratmışdı. Əslində düşmən Hadrut istiqamətində Azərbaycan Ordusunun hücumunu qətiyyən gözləmirdi. Çünki, nəzəri cəhətdən bu mümkün deyildi. Lakin Qalib Azərbaycan Ordusu bu dəfə də inanılmazı bacarmışdı. Düşməni çaş-baş sala bilmişdi. Belə ki, Cəbrayılın azad olunmasından sonra artıq ordumuzun hissə və bölmələri əsasən Füzuli rayonunun Əbdürrəhmanlı kəndində yerləşməklə mövqelərini həmin rayonun mərkəzinin üç kilometrinədək irəlilətməyi bacarmışdı.
Belə olan halda düşmən əsas qüvvələrini Füzuli istiqamətində cəmləşdirmişdi. Amma bu, o demək deyildi ki, Hadrut tərəfi tamamilə boş qalmışdı. Bu, Ordumuzun bilərəkdən atdığı addım idi. Hadrut istiqamətində mühüm yüksəklikləri ələ keçirməklə Ordumuz həm Şuşaya gedən yolu aça, həm də Füzuli, Zəngilan, Qubadlı, Xocavənd istiqamətlərində hücumlarını genişləndirə bilərdi. Qurulmuş taktika əlbəttə ki, möhtəşəm idi və bu plan öz nəticəsini ən yüksək səviyyədə verdi. Düşmənin döyüşlərdə çoxlu sayda texnikasını məhv edən Ordumuz bununla yanaşı qarşı tərəfə məxsus müxtəlif hərbi texnikaları qənimət kimi ələ keçirməklə, sonrakı döyüşlərdə məhz işğalçı ordunun özünə qarşı istifadə etdi. Hadrutun azad edilməsi Ordumuzun hücum əməliyyatları zolağını kifayət qədər genişləndirməsi ilə nəticələndi. Döyüş meydanında Ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən Azərbaycanın ətraf rayonlarını, mülki əhalinin yaşadığı əraziləri atəşə tuturdu.
Lakin Azərbaycan xalqı bu zərbələrdən və itkilərdən sarsılmadı. Əksinə, xalqımız Prezidentimizin ətrafında daha sıx birləşdi, sarsılmaz birlik nümayiş etdirdi. İstər ölkə daxilindən, istərsə də xaricdən Ali Baş Komandana göndərilən məktub və müraciətlərdə müharibənin tam Qələbə əldə olunana qədər davam etməsi üçün müraciətlər olunurdu. Ümumiyyətlə, Hadrutun Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi Ermənistan cəmiyyətində çalxalanma yaratdı. Ermənistan rəhbərliyi bütün imkanlarını səfərbər edərək, millətini yalan dezinformasiya ilə aldatmaqla məşğul idi. Onlar dərk etmirdilər ki, Azərbaycan bu haqq savaşına sona qədər gedəcək, Zəfər bayrağını işğaldan azad edilmiş hər yerdə ucaldacaqdır.
Əzizə Nuriyeva,
Neftçala rayon sakini
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












