CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib - FOTO

Sentyabrın 28-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin 20-ci iclası keçirilib. Videokonfrans formatında təşkil olunan tədbirə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük-xidməti general mayoru Cavad Qasımov sədrlik edib.
Avtosfer.az xəbbər verir ki, iclasda Azərbaycan ilə yanaşı, CAREC üzv ölkələrinin nümayəndələri, eləcə də Asiya İnkişaf Bankının, Ümumdünya Gömrük Təşkilatının və BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri iştirak ediblər.
Cavad Qasımov Gömrük Əməkdaşlıq Komitəsinin 20-ci iclasını açıq elan edərək bildirib ki, tədbirin əsas məqsədi ticarətin asanlaşdırılması və sərhəd-keçid proseslərində davamlı təchizat zəncirinin təmin edilməsi, pandemiya və postpandemiya dövründə avtomatlaşdırılma prosesləri və innovativ texnologiyalar, kağızsız ticarətin tətbiqinə dair fəaliyyət, “CAREC inteqrasiya edilmiş Ticarət gündəliyi 2030” və onun “2021-2023-cü illər üçün Strateji Fəaliyyət Planı”, eləcə də digər aidiyyəti məsələlər ətrafında müzakirələrin aparılmasından ibarətdir. Vurğulanıb ki, xüsusilə, müasir dövrün tələblərini nəzərə alaraq ticarət təchizat zəncirində həyata keçirilən əməliyyatlar zamanı artıq süni intellektin tətbiqinə yer verilməsi və bu istiqamətdə həyata keçirilən işlərin daha yüksək səviyyədə yerinə yetirilməsi vacibdir.
Tədbirdə CAREC üzv ölkələrinin nümayəndələri tərəfindən (Azərbaycan, Çin Xalq Respublikası, Gürcüstan, Monqolustan, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan) gömrük sistemlərində həyata keçirilən yeniliklər, səlahiyyətli iqtisadi operator səlahiyyətlərinin genişləndirilməsi, elektron “Bir pəncərə” sisteminin tətbiqi, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi sahəsində tətbiq edilən rəqəmsal layihələr barədə ətraflı məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin, iclasda COVİD-19 pandemiyası və post-pandemiya dövründə ticarət təchizat zəncirinin davamlılığının təmin edilməsi və sərhədlərarası ticarətə zərbə vura biləcək planlaşdırılmamış hadisələrin öncədən qarşısının alınması istiqamətində həyata keçirilməli olan tədbirlərə dair məlumatlar müzakirə edilib.
İclas zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsinin təklifinə əsasən Asiya İnkişaf Bankı və CAREC İnstitutunun dəstəyi çərçivəsində elektron “bir pəncərə” sisteminin Azərbaycan və digər CAREC üzv dövlətləri tərəfindən tətbiqinin layihələndirilməsi məsələsinə baxılması qərarlaşdırılıb. Eləcə də CAREC nümayəndəsinin təklifi ilə “CAREC-in təkmilləşdirilmiş tranzit sisteminin və məlumatların ümumi mübadiləsinin pilot yoxlanılmasına dair üçtərəfli Saziş” layihəsinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanması istiqamətində işlərin başlanılmasına dair qərar qəbul edilib.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib













