Əhaliyə 190 manat birdəfəlik ödənişlər edilə bilər

Azərbaycanda COVID-19-la mübarizə tədbirləri çərçivəsində pandemiyanın təsirlərinin aradan qaldırılması üçün tətbiq ediləcək yeni layihənin müqavilə planı açıqlanıb.
Avtosfer.az-ın Dünya Bankından əldə etdiyi məlumata əsasən, Bank tərəfindən layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 95 milyon dollar dəyərində vəsaitin ayrılması planlaşdırılır.
“Azərbaycanda COVID-19 Təcili Yardım Layihəsi”ni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icra edəcək.
Layihə çərçivəsində maliyyə yardımı COVID-19-a qarşı dörd istiqamətdə mübarizə tədbirlərini əhatə edəcək. Belə ki, müqaviləyə əsasən ayrılan vəsait ilə pandemiya dövründə COVID-19 xəstələri üçün müstəsna xidmətlər göstərən səhiyyə işçilərinə əlavə ödənişlər maliyyələşdiriləcək.
Həmçinin, maliyyə dəstəyinin COVID-19 xəstələrinin müayinəsi, müalicəsi və bu istiqamətdə monitorinqlər üçün tibbi ləvazimatlar, cihazlar və avadanlıqların da təmin edilməsini əhatə etməsi gözlənilir. Eləcə də, beş xəstəxana üçün əlavə otaq və yataqların istismara verilməsi, ehtiyac duyulduğu təqdirdə məhdudlaşdırmalar zamanı laboratoriyalara dəstək də layihənin əhatə dairəsinə daxil ola bilər.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda əks olunduğu kriteriyalara uyğun 2020-ci ilin aprel ayından bəri Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi də bu layihə ilə maliyyələşdiriləcək.
Layihənin tətbiqi və monitorinqi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək. Nazirlik və Agentlik prosesin gedişatını izləyərək qiymətləndirmə aparacaqlar.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












