Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar UCUZLAŞDI

Azərbaycanda qoz, fındıq və şabalıd kimi qərzəkli meyvələrin satıldığı Şəki bazarında qiymətlər aşağı düşüb.
Buna səbəb fermerlərin məhsullarını xarici bazara çıxara bilməməsidir.
Son nəticədə əsasən qonşu Qax və Zaqatala rayonlarında tədarük olunan qız, fındıq və şabalıdın hər kiloqramı ötən illə müqayisədə 1-2 manat ucuz təklif olunur. Belə ki, indi Şəkidə qabıqlı fındığı 3-3,5 manata, fındıq ləpəsini 8-11 manata, qabıqlı qozu 3-5 manata, qoz ləpəsini 11-16 manata, şabalıdı isə 4-8 manata almaq mümkündür.
Bununla belə, satıcılar deyir ki, qiymətlər aşağı olsa da, yenə də məhsullarını satmaqda çətinlik çəkilər. Çünki, əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Buna görə də, məhsulların böyük bir qismi kənd sakinlərinin anbarlarında qalıb.
Şəki bazarında yerli istehsal olan qərzəkli meyvələrlə yanaşı, xaricdən gətirilən quru meyvələr də satılır. Onların isə qiymətləri artıb. Belə ki, ötən il 12-13 manata satılan quru gavalı bu il 16 manata, 8 manata satılan ağ kişmiş 10 manata, 12-13 manata satılan qara kişmiş işə 16 manata təklif olunur.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












