Əhmədli metrosunun qarşısında nə baş verir - Manatlıq taksilər yolu ələ keçirib - VİDEO

Bakının bir çox yerlərində tıxacların yaranma səbəbi düzgün parklanma etməyən və harda gəldi sərnişin endirib-mindirən taksilərdir. Buna sübut ola biləcək görüntülərdən biri redaksiyamıza oxuyucular tərəfindən göndərilib. Avtosfer.az bildirir ki, Əhmədli metrosunun qarşısında dayanan bir manatlıq taksilər böyük tıxaca səbəb olur. Demək olar ki, digər sürücülərin hərəkəti üçün bir zolaqdan da az məsafə qaldığından yolda hərəkət çox çətinləşir. Bir-birinin yanına toplaşan taksilər müştəri toplamaq üçün nə sıraya düzülür, nə də növbələriş. Kim harda müştəri tutsa yoluna davam edir. Hansı zolaqda olması və arxadan gələn avtomobillərin siqnal verməsi önəmli deyil. Çörəkpulu dalınca çıxan taksi sürücülərinin özündən başqasını düşünmədən insanlara bu cür çətinlik yaratmağa haqları varmı?
Qeyd edək ki, bu cür mənzərə şəhərin bir çox yerində mövcuddur. Yol polisi yolu açmaq və taksiləri nizama salmaq üçün əlindən gələni etməyə çalışır. Lakin görünən odur ki, bu yetərli deyil. Güman edirik ki, bu videodan sonra da Bakı Şəhər Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi məsələ ilə bağlı müvəqqəti deyil birdəfəlik tədbir görəcək.
Aysel
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












