Elman Nəsirov: “Mənə baxıb dedilər ki, maşına benzini də əyilə-əyilə vurur”

“Vaxtilə mən demişdim ki, erməni əsgəri səngərdə əyilə-əyilə gəzir. Bu söz dillər əzbəri olmuşdu ki, mən erməni əsgərinə söyləyirəm ki, o əyilə-əyilə gəzir. Məsələ ondadır ki, onlar müasir səngərləri görməyiblər”.
Ölkə.Az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, müasir səngərlərdə heç əyilə-əyilə gəzməyə ehtiyac yoxdur:
“Artıq bunlar 21-ci əsrin səngərləridir. Mən o səngərlərdə gəzmişəm, əsgərlərimizlə görüşmüşəm”.
E.Nəsirov müharibənin onun sözlərini təsdiqlədiyini söyləyib:
“Hətta sizə bir epizoddan danışım. Bu söhbətin populyar olan bir vaxtı idi. Hər kəs ondan danışırdı. Rayonda avtomobilə benzin vuran zaman iki gənc məni görüb tanıdı. Onlardan biri yanındakına dedi ki, benzini maşına əyilə-əyilə vurur. Təsəvvür edirsinizmi?
Amma son gülən yaxşı gülər. Mən hətta sonralar fikrimi dəyişdim. Söylədim ki, mən vaxtilə çox yumşaq demişəm. Mən əyilə-əyilə deməməli idim. Deməli idim ki, erməni əsgəri Azərbaycan əsgərinin qarşısında sürünə-sürünə gedir, iməkləyir. Mən belə deməli idim. Həyat da göstərdi ki, vaxtilə mənə gülənlər, fikrimi istehza ilə qarşılayanlar gördülər ki, necə həqiqəti demişəm”.
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












