“Emin 444”ün qətl törətmiş xalası oğluna 18 il həbs cəzası verilib

“Emin 444”ün ölümünə görə qətl törətmiş Samir Şirəliyevə hökm oxunub və o,18 il müddətinə azadlıqdan məhrum edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Xatırladaq ki, dövlət ittihamçısı S.Şirəliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.
Zaur Yusifovun qətlinin qisas məqsədilə törədildiyi istisna edilmir. Çünki onu qətl edən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğlu olub.
"Report"
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












