“Epşteyn sənədləri” müəyyən vəzifələrdəki şəxsləri postundan “vurmaq” üçün ortaya atılır - POLİTOLOQ

Gündəm 3 Fevral 2026 18:45
“Epşteyn sənədləri” müəyyən vəzifələrdəki şəxsləri postundan “vurmaq” üçün ortaya atılır - POLİTOLOQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 Artıq bir neçə gündür ki, dünyanın gündəmini “Epşteyn sənədləri” mövzusu zəbt edib. Belə ki, sənədlər arasında hazırkı ABŞ Prezidenti Donald Trampın, Bill Klintonun, Şəhzadə Endryunun, Bil Qeyts və başqa biznesmenlərin, hətta Azərbaycana aid şirkətlərdən “AzPod”un da adı yer alıb. Epşteynlə bağlı məlumatlarda onun daha əvvəl müəllim olduğu məktəbdə varlıların uşaqlarının oxuması, onlardan birinin atası vasitəsilə özünə ətraf qazanması qeyd olunur. Bunun da nəticəsində Epşteyn güclü “networking” xidməti qura bilir. Göstərdiyi xidmətləri isə Karib dənizindəki adalardan birindən həyata keçirməyi bacaran riyaziyyat müəllimi sonradan bu işi başqa formatda təşkil edir.

Onun təklif etdiyi xidmətlərdə müxtəlif ölkələrdən 14-15 yaşlı qızların qaçırılaraq adaya gətirilməsi və onların fahişəliyə məcbur edilməsi, eləcə də ən müxtəlif narkotik vasitələrdən istifadə yer alırdı. Epşteynlə bağlı məsələ 2008-ci ildə ortaya çıxsa da, 2009-cu ildə onun bəraətinə qərar verilmişdi. Lakin daha sonra xidmətlərdə istifadə edilən qızların valideynlərinin şikayəti əsasında Epşteynin cinayəti yenidən gündəmə çevrilmişdi. Yenidən həbs edilən Epşteyn 2019-cu ildə həbsxanada özünü asmışdı. Bundan sonra Epşteynlə bağlı olan cinayətlərin araşdırılmasında durğunluq yarandı. Lakin 2024-cü ildə yenidən adaya qaçırılan qızlardan birinin müsahibəsi əsasında cinayət işi yenidən açıldı. Ötən günlərdə isə bir sıra məşhurların adı yenidən açıqlandı. Donald Trampın belə yer aldığı video ortaya çıxdı.

Beynəlxalq ictimaiyyəti maraqlandıran suallardan biri odur ki, “Epşteyn sənədləri” niyə yalnız bir neçə ildən bir cinayət işinin araşdırılmasına səbəb olur? Kimlərsə ABŞ-nin dünyada törətdiyi hadisələrə yox, öz daxili problemlərinə başının qarışmasını istədiyi üçün bu məsələni gündəmə gətirir? Niyə problemin kökündən həlli, cinayətkarların cəzalandırılması istiqamətində konkret addımlar atılmır?

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova bildirib ki, bu məsələnin siyasi tərəflərindən ən vacib olanı siyahıda bir sıra diplomatların, siyasət adamlarının adının olmasıdır:

“Hətta Donald Tramp özü bu məsələnin vaxtaşırı gündəmə gətirilməsi, adının hallanmasından yorulub sənədlərin tamamilə açılması və həqiqətin ortaya çıxmasını tələb edib. “Epşteyn sənədləri”nin bəzən açılması, müəyyən adların ortaya çıxarılmasındakı əsas məqsəd həmin şəxslərin cəmiyyət tərəfindən təzyiqə məruz qalması, oturduqları postdan utancverici şəkildə getmələrini tələb etməkdir. Hansısa iş adamının adının bu sənəddə yer alması son nəticədə onun həbsinə, mülklərinə əl qoyulmasına gətirib çıxaracaq. ABŞ-dən olan biznesmen və siyasət adamlarının adının tez-tez hallanması isə heç də təəccüblü məqam deyil. Epşteyn yaratdığı “networking” xidmətinin çərçivəsini genişləndirib və qeyri-qanuni xidmətlər təklifi ortaya çıxarıb. Bu, tam aydındır ki, onun Karibdəki adada belə bir xidmət təklif etməsi ABŞ-nin kəşfiyyat təşkilatlarına onsuz da məlum olub. Bu özünü onun uzunmüddətli fəaliyyəti ilə sübut edir. Siz təsəvvür edin, Venesuela prezidenti və onun arvadını evindən heç kimin xəbəri olmadan bir neçə kəşfiyyatçı ilə çıxaran ABŞ-nin Karibdəki adada nə baş verdiyindən xəbəri yoxdur. Bu mümkün ola bilər? Təbii ki, yox. Həm Federal Tədqiqatlar Bürpsunun (FBI) həm də Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bu cinayətdən xəbəri olub. Sadəcə həmin vaxt Epşteynin bu cinayətləri törətməsi onların maraqlarına xidmət edirdi. Daha sonra onların ağlına da gəlməzdi ki, Donald Tramp hakimiyyətə gələr, yaxud başqa ir iş adamı biznesini dünya səviyyəsində genişlədib tanınar və s. Bu şəxslərin vəzifə tutmaları “Epşteyn sənədləri”ndəki həqiqətlərin üzə çıxmasına səbəb oldu. İndi isə bu sənədlər vasitəsilə kim ki, maraqlara xidmət etmir, onları yiola salmaq üçün istifadə olunmağa başlayıb. Digər tərəfdən, sual olunur ki, niyə oradakı qızların hamısı eyni vaxtda ifadə verib yekun cinayət işində şahid qismində iştirak etməyiblər? Çünki o qızlar onsuz da əvvəldən şikayətçi olmaq istəməyiblər. Nə də onların ailələri. Onlar sadəcə ABŞ kəşfiyyatı tərəfindən şikayətçi olmağa məcbur edilirlər. Onsuz da, Epşteyn özü də böyük ehtimal həbsxanada kimlərinsə əleyhinə ifadə verməyə məcbur edildiyi üçün özünü öldüməli oldu”.

Səfər

Oxunub 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh