Ermənistan üzərindən ilk uçuşu həyata keçirən pilot və bələdçi danışdı - VİDEO

İki gün öncə Ermənistan hava məkanından istifadə etməklə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirən pilot və bələdçi təəssüratlarını bölüşüb.
Pilot Ramil Yusifov deyir ki, uçuş səhər saat 08:00-da reallaşdırılıb. Sərnişinlər mənzil başına saat 09:00-da, yəni 10 dəqiqə daha tez çatıblar.
Ramil Yusifov təyyarəni idarə edə-edə ətrafa çox diqqətlə nəzər yetirdiyini bildirib. Onun dəqiq gördüyü və ağlında qalan yeganə ünvan isə Göyçə gölü olub.
Həmin gün təyyarədə olan beş bələdçidən biri də Leyla Rzayeva olub. O deyir ki, həmin gün işə gələn zaman məsələdən xəbərsiz olub.
Təkcə bələdçilər yox, təyyarədə olan sərnişinlərin də Ermənistan üzərindən uçuş edəcəkləri barədə məlumatları olmayıb. Onlar yalnız monitorlarda xəritəni görəndə Ermənistan səmasından keçdiklərini biliblər.
Qeyd edək ki, heyət dünən eyni istiqamət üzrə iki uğurlu reys reallaşdırıb.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










