Ermənistandan Azərbaycan benzininin keyfiyyəti ilə bağlı - AÇIQLAMA

“Azərbaycandan Ermənistana idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb”.
Avtosfer.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu bu ölkənin Bazarlara nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan deyib.
Onun sözlərinə görə, ölkəyə gətirilən yanacaqdan götürülən nümunələr Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində təhlil edilib: “Nəticələr göstərib ki, həmin benzinin keyfiyyəti Avrasiya İqtisadi İttifaqının texniki tələblərinə uyğundur”.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Bu zaman 1,2 min ton neft məhsulları Gürcüstan ərazisi vasitəsilə Ermənistana göndərilib.
Yanvarın əvvəlində isə Azərbaycandan Ermənistana neft məhsullarının yeni partiyası – 6,1 min ton benzin və 1,5 min ton dizel yanacağı ixrac edilib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












