Ermənistanın baş naziri: “Uzun illər səhv etmişik ”

Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin uzun illər səhv etdiklərini deyib.
Moscow-baku.ru xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, ermənilər reallıqla üzləşməli və uzun illər səhv etdiklərini etiraf etməlidirlər.
“Səhvlərimiz sistemli, konseptual, dolğun xarakter daşıyırdı. Bütün bunlar hətta dövlət institutlarımız üçün təhlükə yaradan nəticələrə gətirib çıxardı. Bunu baş nazir olanda və bundan sonra başa düşdüm? Əlbəttə, bəli.
Vəziyyəti dəyişdirməyə çalışdım? Əlbəttə, bəli. Ancaq indi daha da əminəm ki, tarixin hərəkət edən çarxını dayandırmaq üçün sadəcə vaxt yox idi”, - deyə baş nazir bildirib.
O, baş verənlər üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü və xalqın verəcəyi hər bir qərarı itaətkarlıqla qəbul edəcəyini deyib.
“Bu, əlbəttə ki, müharibə şəraiti ilə bağlı bir araşdırma aparmaq lazım olmadığı və konkret epizodların günahkarlarını tapıb məsuliyyətə cəlb edilməməsi demək deyil, əksinə, reallığın daha dərindən təhlilinə ehtiyacımız var, çünki baş verənlər bir və ya bir neçə insanın cəmi bir neçə illik səhvlərinin nəticəsi ola bilməz”, - deyə Paşinyan qeyd edib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












