Ev oğurluqları artıb: Qızıllar üçün təhlükəsiz yol hansıdır?

Nağd pulun banklara yerləşdirilməsi geniş yayılsa da, qızıl-zinət əşyalarının banklara təhvil verilməsi hələ də az yayılmış təcrübədir.
Bəs bu nə dərəcədə etibarlı və effektiv seçimdir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Biq.az"a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, qədim dövrlərdən insanlar sərvətlərini daha etibarlı sayılan valyutalarda və ya qiymətli metallarda saxlamağa üstünlük veriblər:
"Ən geniş yayılan qiymətli metallar qızıl və brilyantdır. Xüsusilə qızıl elə bir sərmayə növüdür ki, tarix boyu heç vaxt dəyərini itirməyib, əksinə dəyəri artıb. Bu səbəbdən insanlar tez-tez valyutalarını qızıl zinət əşyalarına çevirirlər".
Ekspertin sözlərinə görə, Azərbaycanda bəzi banklarda qızıl zinət əşyalarını girov qoyaraq depozit əldə etmək mümkündür. Lakin bu zaman müəyyən risklər mövcuddur:

"Qiymətləndirmə zamanı zinət əşyaları əsl dəyərindən daha ucuz hesablanır. Nəticədə vətəndaş hər hansı bir qazanc əldə etmir. Bu səbəbdən belə seçim edənlər xüsusilə diqqətli olmalıdırlar".
İqtisadçı onu da əlavə edib ki, daha məntiqli seçim — qızılın dəyərinin yüksəlməsini gözləmək və uyğun vaxtda onu pula çevirərək istifadə etməkdir:
"Bu, daha sağlam və səmərəli sərmayə strategiyasıdır".
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












