“Fərqli iş saatları tətbiq edilsin...” - Bakının tıxac problemi ilə bağlı TƏKLİFLƏR - VİDEO

Paytaxtda demək olar ki, günün istənilən saatında tıxac var. Bəzən 15 dəqiqəlik yolu 45-50 dəqiqəyə gedirik . Əsəb, stress, gərginlik və s və ilaxır. Bəzi ekspertlər problem ilə bağlı belə bir həll yolu təklif edir ki, dövlət və özəl müəssisələrdə iş saatları dəyişdirilsin.
Son dövrlər paytaxtda günün pik saatı anlayışı demək olar ki, öz əhəmiyyətini itirib. Əvvəllər işə gəlib-gedərkən tıxacla üzləşirdik. İndi isə istənilən saatda bakıda yollarda sıxlıq müşahidə edilir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, problemin həlli üçün bəzi istehsal sahələrində iş saatlarını dəyişdirmək mümkündür. Onun sözlərinə görə bununla bağlı geniş təhlillər aparıldıqdan sonra qərar verilə bilər. Ekspert hesab edir ki, bununla da nəqliyyat sıxlığını qismən də olsa aradan qaldırmaq olar.
Bəzi qərb ölkələrində artıq bu təcrübədən istifadə edilir. Dövlət, özəl və təhsil müəssisələri fərqli iş saatlarında fəaliyyət göstərir ki, bu da vətəndaşların saatlarla tıxaclarda qalmasının qarşısını alır. Bəs görəsən, ölkəmizdə də bunu reallaşdırmaq olarmı ?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki bakıda iş saatlarının yerini dəyişməklə tıxac problemini həll etmək real görünmür.
Sahib Məmmədov əlavə edib ki, tıxac problemini yalnız nəqliyyat infrastrukturu ilə bağlı kompleks tədbirlər görməklə həll etmək olar.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











