FHN hava limanında təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” razılaşdırılmış plan-qrafik əsasında ölkə ərazisində fəaliyyət göstərən hava limanlarında birgə təlimləri davam etdirir.
Avtosfer.az xəbər verir ki, FHN-in Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Lənkəran Beynəlxalq Hava Limanında keçirilən birgə təlimə Nazirliyin Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətinin, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı üzrə bölməsinin, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin və Lənkəran Beynəlxalq Hava Limanının qüvvə və vasitələri cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyinin yerli qurumları arasında qəza-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsindən ibarət olub.
Təlim zamanı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında müxtəlif xidmətlərin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyəsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, yanğın yerində kəşfiyyat və yanğınla mübarizə əməliyyatları simulyasiya edilib.
Uğurla keçən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür birgə təlimlər fövqəladə halların effektiv idarə olunması, hava limanlarında əməliyyat dayanıqlığının artırılması və müvafiq strukturlar arasında inteqrasiya olunmuş cavab sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










