FHN İmişli bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb

Xəbər verildiyi kimi, 25 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhərində yerləşən bazarda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a bildirilib ki, məlumat əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, habelə yanğının mürəkkəbliyi nəzərə alınaraq Şirvan, Beyləqan, Cəbrayıl, Ağcabədi, Sabirabad, Biləsuvar, Kürdəmir və Saatlı rayonlarının Yanğından Mühafizə hissələrindən əlavə qüvvələr dərhal əraziyə cəlb olunub.
Dəstək məqsədilə əlavə yanğınsöndürmə qüvvələrinin zamanında tətbiqi və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğının daha da genişlənməsi və vura biləcəyi daha böyük ziyanın qarşısı alınaraq söndürülməsi təmin olunub.
Yanğın nəticəsində ümumi sahəsi 20 000 kv.m. olan bazarda, təqribən 2 400 kv.m. sahədə bir dam altında yerləşən və bir-birinə bitişik 150 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış mallar yanıb. Bitişik digər mağazalar və bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










