FHN sürücülərə müraciət etdi - Avtomobilinizi bu şəkildə saxlamayın! - VİDEO

Sakinlər avtomobilləri nizamsız halda park edirlər ki, bu da yanğın və digər fövqəladə hallar zamanı xüsusi texnikaların hadisə baş verən sahələrə girişində böyük məhdudiyyətlər yaradır, vaxt itkisinə səbəb olur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində şərti yanğın təlimi keçirilib. Hadisə yerinə gələn yanğınsöndürmə avtomobilinin hadisə baş verən ünvana daxil olmaqda çətinlik çəkdiyi əyani şəkildə göstərilib.
Avtomobillər nizamsız halda park edilib, bu da yanğın və digər fövqəladə hallar zamanı xüsusi texnikaların hadisə baş verən sahələrə girişində ciddi məhdudiyyətlər yaradır.
Görüntülər Nəsimi rayonu Vladislav Plotnikov, Mirəli Qaşqay, Eldar Tağızadə və Ceyhun Hacıbəyli küçələrini əhatə edən yaşayış kompleksinin ərazisindəndir. Ərazidə yaşayan sakinlər bildirirlər ki, kompleksdə hər hansı bir yanğın və digər hadisələr baş verdikdə yanğınsöndürmə avtomobili hadisə baş verən ünvana daxil olmaqda çətinlik çəkir. Bu gecikmələr də xoşagəlməz hadisələrlə, hətta insan itkiləri ilə nəticələnə bilir.
Elə bu məqsədlə həmin ərazidə FHN şərti yanğın təlimi keçirib. Bu çərçivədə yanğın həyəcanı verilib. Hadisə yerinə gələn yanğınsöndürmə avtomobilinin hadisə baş verən ünvana daxil olmaqda çətinlik çəkdiyi əyani şəkildə göstərilib.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, polkovnik Aqşin Kazımov bildirdi ki, şərti yanğın təliminin keçirilməsində məqsəd Bakının sıx yaşayış ünvanlarına və hərəkətin intensiv hissələrində mövcud vəziyyəti ictimaiyyətə çatdırmaqdır.
Rəis müavini sakinlərə müraciət edərək, onları fövqəladə hallara qarşı birlikdə müzakirə aparmağa və avtomobillərin park edilməsi zamanı mümkün riskləri nəzərə almağa çağırıb.
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










