Fransada Makron dövrünün “kilsə sevgisi” - FOTOLAR

Fransa Senatının son qətnaməsində Azərbaycandakı “erməni mədəni mirası və erməni-xristian irsi” barədə böyük hay küy qaldırılıb. Əslində ilk deyil. 30 ildə işğal atındakı ərazilərdə Azərbaycan və hətta dünya mədəni irsi (Azıx mağarası bizim ərazimizdə olsa da, ümumbəşəri xaraklterlidir) dağıdılarkən səsi çıxmayanlar Vətən müharibəsi vaxtı sanki oyandılar. “Azərbaycan dövləti Qarabağdakı xristian irsini məhv etməklə məşğuldur” tipli yalanlar tirajlandı. Təbii ki, heç bir fakta söykənmədən.
Bəs bizi ittiham edən edən ölkədə vəziyyət necədir? Təhlilə elə Vatikanın rəsmi saytında 11 yanvar 2022-ci ildə getmiş xəbərlə başlamaq yerinə düşər. Məqalənin adı düşündürücüdür: “Bu il kilsələrə qarşı vandalizm və dağıdılma Fransadan başladı”.
Məqalədə göstərilir ki, 2022-ci il yanvarın 5-də Sen Deni kafedralının qapısı sındırılıb, içəridəki heykəllər aşırılıb.
Cnews.fr saytı 13 yanvarda Fransa polisinə istinadla yazırdı ki, 2022-ci il başlayandan kilsələrə qarşı 9 vantalizm aktı qeydə alınıb.
2021-ci ildə Fransada dini zəmində 1380 antidini akt qeydə alınıb ki, bunun da 686-sı xristianlara qarşı olub. Bu hücumlar bir qayda olaraq kilsələrin əmlakına zərər vurulması, məzarların dağıdılması və təhqir edilməsi şəklində baş verir. Hesabat dövründə katoliklərə məxsus 515 tikiliyə zərər vurulub.
Fransanın daxili işlər naziri Eduard Filip 13 fevral 2019-cu ildə Tvitterdə yazırdı: “Bir həftədə Fransada 5 kilsəyə zərər vurulub... Mən şokdayam...”
Eyni ildə nazir Senatda çıxışı zamanı bildirmişdi: “Müşahidələrim respublikanın bağlı olduğu dəyərlərdən hər gün uzaqlaşdığımızı göstərir”.
Fransa Daxili İşlər Nazirliyinin statistikasına görə, 2017-ci ildə xristian dini obyektlərinə qarşı 878 hücum baş verib.
2018-2019-cu illərdə isə kilsələrə qarşı 1400 ziyanverici akt qeydə alınıb.
2020-ci ildə kilsə və xristian məzarlıqlarına qarşı cəmi 339 aktın qeydə alınması isə vəziyyətin birdən birə yaxşılaşması anlamına gəlmir. Sadəcə olaraq koronavirus pandemiyası vandalizmin çiçəklənməsinə imkan verməyib.
İşin maraqlı tərəfi bu vandalizm aktlarını törədənlərin məsuliyyətə cəlb olunması ilə bağlıdır. Bu tip xəbərlərə demək olar rast gəlinmir.
Bu təqdirdə Parisin bizi ittiham etməsi nə dərəcədə əsaslıdır? Məşhur Misir filosofu Əniş Mənsur deyirdi: “Başqalarını ittiham edərkən əlinə fikir ver. Barmaqlarından yalnız biri qarşı tərəfə, dördü isə sənə qarşı çevrilib”.
Vüqar Yaşaroğlu
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO















