Gecə sifona basmaq, bazar günü maşın yumaq olmaz - Qəribə qadağalar

Avropa ölkələri kənardan nizam-intizamın simvolu kimi görünsə də, bəzi qaydalar bəzən yerli sakinləri belə dəli edir. Avtosfer.az xəbər verir ki, bu qağalara bazar günü avtomobilinizi yumaqdan tutmuş gecə yarısı sifon basmağa qədər bir sıra “inanılmaz” qaydalar daxildir.
Odur ki, Avropa ölkələrində mövcud olan bir sıra qadağaları təqdim edirik:
1. Bazar günləri maşınınızı yumağa görə 100 min cərimə
Almaniyada bazar günləri "Ruhetag" və ya "İstirahət Günü" hesab olunur. Bu dincliyi pozan hər hansı bir fəaliyyət qadağandır. Bazar günü avtomobilinizi qapınızın qarşısında yumağa çalışsanız, qonşularınız dərhal polisə zəng edə bilərlər. Kimyəvi maddələrin yerə sızmasının qarşısını almaq üçün Su Ehtiyatlarının Mühafizəsi Qanunu çərçivəsində tətbiq edilən bu qadağa, ştatdan asılı olaraq 100 min avroya qədər cərimə ilə nəticələnə bilər.
2. Saat 22:00-dan sonra tualetin sifonunu basmaq "cinayət" hesab oluna bilər!
İsveçrədə həyat bəzən çox sakit olmalıdır, xüsusən də köhnə mənzil binalarında yaşayanlar üçün. Bir çox mənzil idarəetmə planları "səs-küy çoxluğu" səbəbindən saat 22:00 ilə 07:00 arasında sifona basmağı və ya duş qəbul etməyi qadağan edir. Qonşularınızın yuxusunu pozmamaq üçün bu qaydaya riayət etmək İsveçrədə yalnız nəzakət deyil, həm də praktik olaraq bir zərurətdir.
3. Magistral yolda benzininiz bitərsə, bu sizin günahınızdır
Almaniyanın dünyaca məşhur sürət həddi olmayan magistral yollarında (Autobahn) maşın sürmək xoşdur, eyni zamanda böyük risk daşıyır. Avtomobilinizin benzini magistral yolda qurtararsa və dayanmalı olsanız, bu, "qarşısı alına bilən vəziyyət" hesab olunur və sizi böyük bir cərimə gözləyir. Yanacaq almaq üçün piyada getmək ikinci cərimə ilə nəticələnir, çünki piyadaların magistral yolda hərəkəti qadağandır.
4. Bazar günləri şüşə butulkaları atmaq? Bunu əsla etməyin!
Almaniya və İsveçrədə təkrar emal həyat tərzidir, lakin bunun da məhdudiyyətləri var. Bazar günləri və ya axşam saatlarından sonra şüşə butulkaları təkrar emal qutularına atmaq qəti qadağandır, çünki onlar səs-küy salaraq qonşuluğu narahat edir. "Sadəcə bir butulka cingiltisi səsi çıxarır, nə məsələdir?" deyə düşünməyin. Bələdiyyədən cərimə gələ bilər.
5. Bazar günləri paltar asmaq və qazon biçmək qadağandır!
Bəzi İsveçrə kantonlarında bazar günü balkonunuzda və ya bağçanızda paltar asmaq "görüntü çirkliliyi" və "sakitliyi pozmaq" hesab olunur. Eynilə, bazar günü səs-küylü qazonbiçən işlətmək bütün məhəllənin sizə qarşı çıxması və polisin qapınıza gəlməsi üçün kifayət qədər əsaslı səbəbdir (Ölkə.az).
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












