Gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilib? - RƏSMİ CAVAB

Son günlər ölkədə nəqliyyatın bahalaşacağı barədə söz-söhbətlər səngimək bilmir. Düzdür, Bakı nəqliyyatı ilə bağlı məsələlərə aidiyyəti qurumlar açıqlama veriblər. Lakin müzakirə olunan məsələlərdən biri də rayon və şəhərlərarası avtobuslarda gediş haqlarının artırılmasıdır.
Avtosfer.az xəbər verir ki, iddialara görə, yaxın vaxtlarda şəhərlərarası daşınmada gediş haqqı artımı olacaq. Hətta bildirilir ki, bununla bağlı daşıyıcı özəl şirkət rəhbərləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edib. Xidmət rəhbərli də, bununla bağlı Tarif Şurasına müraciət ünvanlayıb.
Məsələyə aydınlıq gətirmək üçün qurumun sözçüsü Nuridə Allahyarova ilə əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, səslənən iddiaların əsası yoxdur.
“Bu dəqiqə bizim qurum tərəfindən qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib. Daşıyıcı şirkətlər tərəfindən də, gediş haqqı artımı ilə bağlı bizim quruma rəsmi müraciət daxil olmayıb. Ola bilər, şifahi şəkildə kimsə nəsə deyib, amma bununla bağlı rəsmi müraciət olunmayıb”.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












