Gələn il metroda ödəniş bu cür olacaq – yeni sistem yaradılır

“Bakı Metropoliteni” QSC gələn il sərnişinlərə təmassız ödəniş etmək imkanı yaratmağı planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, artıq bunun üçün sınaq işləri aparılıb:
“Hazırda texniki dizayn istiqamətində işlər sürətlə davam etdirilir. Sistem istifadəyə veriləndən sonra sərnişinlər “ağıllı” smart saatlardan, mobil cihazlardan, QR kodlardan, bank kartlarından istifadə etməklə ödəniş edə biləcəklər”, – deyə o qeyd edib.
Metro sözçüsü sistemin tətbiqində hər hansı tələskənliyin yolverilməz olduğunu xüsusi vurğulayıb:
“Nəzərə almaq lazımdır ki metropoliten kütləvi sərnişindaşıma vasitəsidir. Ondan gündəlik istifadə edən sərnişinlərin sayı 700 mindən çoxdur. Müəyyən stansiyaların sərnişin axını kifayət qədər çox olduğundan təmassız ödənişlər xüsusi detallı öyrənilməlidir ki, istifadə müddətində hər hansı texniki problem yaşanmasın. Çünki burada digər nəqliyyat vasitələrindən fərqli olaraq istənilən cüzi axsama sərnişindaşıma prosesinə əhəmiyyətli drəcədə mane ola bilər. Buna görə proseslər tam öyrənildikdən və onun tətbiqinə əminlik yarandıqdan sonra sistem istifadəyə veriləcək”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












