Gəncədə polis işçilərinin peşə bayramı qeyd edilib - FOTO

Baş Polis İdarəsində keçirilən tədbirdə vətən uğrunda və cinayətkarlıqla mübarizədə həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan ŞBPİ-nin rəisi, polis general-mayoru Teymur Hacıyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğulayıb. Daha sonra rəis, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə peşə bayramı münasibəti ilə təbrik məktubunu oxuyub.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına və təqaüddə olan polis veteranlarına fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr verilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar

















