Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur. Avtosfer.az xəbər verir ki, bu barədə onun keçmiş sevgilisi, vizajist Nərmin Xudaverdiyev Demokrat.az-a açıqlama verib.
General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - VİDEO
O deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov ilə sevgili olub:
“Bu illər ərzində Rüstəmdən çox böhtan görmüşəm. Amma onun bu dərəcəyə gəlib çıxacağını bilməzdim. O guya mənimçün ev iddiası yayıb, bu yalandır. Birincisi, mənim ümumiyyətlə evim yoxdur, kirayədə yaşayıram. Artıq 31 yaşım var, 31 ildir ki evim yoxdur. Nə mənim, nə də ailə üzvlərimin adına hər hansı bir ev yoxdur. İkincisi, ev almaq lazımdırsa, onu qarşı tərəf özü alsın. Onun nə pulu var ki, mənə ev alsın? Mənim qaldırdığım iddia tam fərqlidir. Şikayətim ondan ibarətdir ki, mən narahat edilirəm və haqqımda əsassız sözlər danışılır. Mənim şəxsi həyatım var, münasibətdə olduğum insan var.
Amma qarşı tərəf elə iddialar irəli sürür ki, mənim haqqımda müxtəlif böhtanlar yayır, məni pozğun adlandırır, mənə yarım milyon pul xərclədiyini deyir.
Bunların hamısı yalandır. Mənim bir günahım olsaydı, bunu gizlətməzdim. Qanuni yollarla da sübut edərəm ki, kirayədə yaşayıram və evim yoxdur. Kiminsə iddia etdiyi kimi hansısa böyük maddi imkan və ya gizli mülkdən söhbət gedə bilməz. Mənim irəli sürdüyüm iddialar tamamilə başqa məzmun daşıyır. Mənə qarşı səsləndirilən iddialar isə reallıqla heç bir əlaqəsi olmayan, tamamilə fərqli və əsassız iddialardır. Artıq bu məsələdə canımdan bezmişəm, özümü öldürmək həddinə çatmışam”.






Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












