Gömrük Akademiyasında Anım Günü münasibətilə tədbir keçirilib - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasında 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, mərasimdən öncə Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini ehtiramla anır.
İqbal Babayev qeyd edib ki, xalqımız işğalla heç zaman barışmadı, yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altındakı torpaqlarımızı 44 gün ərzində geri qaytardı. Bu tarixi qələbə isə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına başa gəldi. Buna görə indi hər bir Azərbaycan vətəndaşı bizə qələbə sevinci yaşadan şəhidlərimizə və qazilərimizə borcludur.
Vətən müharibəsində Dövlət Gömrük Komitəsinin də 60 nəfər əməkdaşının iştirak etdiyini diqqətə çatdıran Komitə sədrinin müavini onlardan Ülvi Hacıyevin şəhadətə qovuşduğunu, 9 nəfərinin isə yaralandığını bildirib. İqbal Babayev vurğulayıb ki, şəhidlərimiz, qazilərimiz heç zaman unudulmayacaq, daim diqqət mərkəzində olacaqlar.
Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız bu müharibədə əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Vətən müharibəsində əldə edilən böyük qələbə xalqımızın, xüsusilə də gənc nəslin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, dövlət başçısı və xalq birliyinin sarsılmazlığını, millətimizin Vətən, dövlət sevgisini parlaq şəkildə nümayiş etdirdi.
Qulu Novruzov diqqətə çatdırıb ki, bu mərasimdə Gömrük Akademiyasına yeni qəbul olunan tələbələr, könüllü gömrükçülər də iştirak edir. Vətən müharibəsinin qəhrəmanları gənclərimiz üçün vətənpərvərlik nümunəsidir. Tələbələr əldə edəcəkləri bilik və bacarıqları ilə Azərbaycanın uğurlu inkişafı prosesinə fəal şəkildə qoşulacaq, dövlətin onlara olan etimadını doğruldacaqlar.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
















