Gömrük Məcəlləsinə dəyişiklik I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Avtosfer.az-ın xəbərinə görə, sənəd barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, sahibkarlar daxildə emal xüsusi gömrük rejimi ilə (müəyyən malların emal edildikdən sonra ixrac edilməsi məqsədilə ölkəyə gətirilməsi) mallar idxal etdikləri zaman gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verməli idilər (Bu borc adətən idxal olunan malların 1 il ərzində ixrac edilməməsi halında yaranır).
Təklif olunan dəyişiklik belə bir təminatın məcburi olmamasını özündə ehtiva edir. Bu isə sahibkarları təminat vermək üçün bir çox xərclərdən azad edəcək, xarici hüquqi şəxslər üçün isə Azərbaycanda xidmət almaq və investisiya yatırmaq üçün daha əlverişli şərait yaradacaq.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












