"Güllələnmənin ləğvinə çox təəssüflənirəm" - Azərbaycanlı deputat

Xəbər verdiyimiz kimi, İmişlidə atalığı tərəfindən təcavüzə məruz qalan 11 yaşlı qız hamilə qalıb və dünən uşaq dünyaya gətirib. Onun atalığı artıq həbs edilib. Respublika Klinik Xəstəxanasının patologiyası şöbəsində 30-31 həftəlik, qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpənin vəziyyəti ağırdır.
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Aqil Abbas fikir bildirib.
Ölüm hökmünün ləğv edildiyinə təəssüflənən deputat qız övladı olan ananın ikinci dəfə ailə qurmasına da münasibət bildirib:
"Qız övladı olan analar niyə də ailə qurmasınlar?! Uşağı var deyə, cavan gəlin ailə həyatı qurmayacaq? Hər kəs o uşağın atalığı kimi əclaf çıxmayacaq ki! Elə şey olar? İnsandır, o da ailə qurmalıdır. Məgər 1-2 nəfər əqidəsizə görə qız övladı olan gəlinlər evdə dul qalmalıdırlar?!
O şərəfsiz isə layiqincə cəzasını almalıdır! Mən güllələnmə hökmünün ləğv edilməsinə çox təəssüflənirəm. Amma edamı yenidən bərpa etmək mümkün deyil, yalnız təəssüflənmək olar. Çünki dünyada bu sistem başqadır. Edam cəzasını Azərbaycanda bərpa etmək Avropa ilə düşmən olmaq deməkdir".
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










