Günün fotosu – Raketə bağlanmış casus

Bu şəklin İranda çəkildiyi islam respublikasının bayrağının rəngləri ilə boyanmış raketdən bəllidir. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, şəkildəki əli-qolu, ayaqları kəndirlə sarınmış kişinin İsrail casusu olduğu iddia edilir. Adamın təkcə əl-qolunu, ayaqlarını sarımayıblar, həm də onu uçuşa hazır vəziyyətə gətirilmiş raketin quyruğuna bağlayıblar. İddia belədir ki, onu bu vəsilə ilə Təl-Əvivə və ya Hayfaya göndərmək, “casusunuza yiyə durun, özünüzə qaytarırıq” demək istəyirlər. Əgər şəkil və niyyət gerçəkdirsə, bu hələ o demək deyil ki, kəndirlə raketə sarınmış adam İsrailə gedib çıxacaq. Çünki o, nə raketin quyruğundan çıxan od-alova tab gətirə bilər, nə də raketin sürətindən doğan hava təzyiqinə. Yəni startdan az sonra onun cəsədi elə İran ərazisinə də düşəcək.
![]()
Ancaq edamın belə bir vəhşi növü dünyada ilk olacaq. İranın təbliğat məqsədilə istifadə etdiyi bu şəkil çox keçmədən İran rejiminin əleyhinə istifadə olunacaq. Ağır cinayətlərdə ittiham olunan şəxslərin bir neçə saatın içində mühakimə olunması və edama məhkum edilməsi müasir dünyada qəbul olunmayan aktdır. Bu, güman ki, müharibə isterikası və psixozundan irəli gəlir. Kəndirlə sarınmış şəxsin sakit oturması da diqqət çəkir: qara gününü qablayıb, taleyi ilə barışıb. Ya da ola bilər, bu, sırf casusları qorxutmaq səciyyəsi daşıyan görüntüdür. Gerçəkdirsə, ta heç nə...
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib












