Gürcüstan limanlarından Bakıya blok qatarı göndəriləcək

Gürcüstan limanlarından Bakıya blok qatarının göndərilməsi nəzərdə tutulur. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolları" SC məlumat yayıb. Bildirilib ki, qatar Batumi–Poti–Tbilisi–Abşeron–Sumqayıt–Ələt marşrutu üzrə hərəkət edəcək və əvvəlcədən müəyyən edilmiş qrafik əsasında işləyəcək. Bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC ilə Almatıda müqavilə imzalanıb. Yeni xidmət Qara dəniz limanlarını Azərbaycanın iri terminalları ilə birləşdirəcək. Blok qatarı yük sahiblərinə "terminaldan qapıya" adlı sadələşdirilmiş xidmət təqdim edəcək və konteynerlərin Poti limanından Bakıya ən qısa müddətdə daşınmasını təmin edəcək. Beləliklə, yük sahibləri konteynerlərin nə vaxt yola düşəcəyini və Bakıya çatma vaxtını əvvəlcədən dəqiq biləcəklər. Şirkət hesab edir ki, yeni xidmət boş konteynerlərin Potidən Bakıya və geriyə avtomobillərlə deyil, dəmir yolu vasitəsilə daşınmasına imkan yaradacaq. Bu isə həm avtomobil yollarının yüklənməsini azaldacaq, həm də ətraf mühitə mənfi təsirləri minimuma endirəcək. "Bu, Batumi, Poti və Tbilisidən Bakıya və əksinə konteynerləri vaxtında və gecikməsiz çatdıracaq sadələşdirilmiş logistika xidmətidir. Yeni sistem yük sahiblərinə vaxt və əlavə xərclərə qənaət etməyə imkan verəcək. Məqsədimiz mümkün qədər çox yük daşımaq və "Gürcüstan Dəmir Yolları"nın gəlirlərini artırmaqdır", – deyə şirkətin baş direktoru Laşa Abaşidze bildirib.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












