Hadi Rəcəblinin nazir müşaviri olan oğlu və gəlini vergi borcundan yayınır - FOTOFAKT

Sabiq millət vəkili Hadi Rəcəblinin oğlu Vüsal Rəcəblinin prezidenti olduğu Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) dövlət büdcəsinə vaxtında ödənilməyən 1 393 manat 68 qəpik vergi borcu var.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Azərbaycan Milli Avtomobil Klubu” MMC 12.12.2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Qulu Quliyev, ev 8, mənzil 40-da yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənova Cülyetta Ənvər qızıdır.
Həsənova Cülyetta Ənvər qızının qanuni təmsilçi olduğu və Qulu Quliyev, ev 8, mənzil 40-da yerləşən daha bir şirkət “VRS Consulting” MMC (VÖEN-1402452351) adlanır.
Qeyd olunan hüquqi ünvanda Hadi Rəcəblinin gəlini Səidə Rəcəblinin rəhbərlik etdiyi “VRS” MMC (VÖEN-14022370521) adlı şirkət də dövlət qeydiyyatına alınıb və hazırda bu şirkətin də dövlət büdcəsinə 557 manat 31 qəpik vergi borcu var.
Məlumat üçün onu da bildirək ki, Hadi Rəcəblinin oğlu Vüsal Rəcəbli 2020-ci ilin iyun ayından energetika nazirinin müşaviri vəzifəsində çalışır.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












