Hansı partiyalar reyestr məlumatlarını yeniləyib? - AÇIQLAMA

Qanunvericiliyə görə, hər il yanvarın 15-dək siyasi partiyalarla bağlı məlumatlarının Ədliyyə Nazirliyinin reyestrində yenilənməsi həyata keçirilir. Siyasi partiyalar reyestrini yenilənməsi üçün tələb olunan müvafiq sənədlərini nazirliyə təqdim etməlidirlər. Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah” siyasi partiyalalarla əlaqə saxlayaraq, yenilənmiş reyestr məlumatlarının təqdim edilib-edilmədiyini öyrənib.
Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri Natiq Cəfərli bildirib ki, reyestr məlumatları Ədliyyə Nazirliyinə təqdim olunub:
“Təxminən 1 həftə önc”, - deyə o əlavə edib.
Ağ Partiyanın başqanı Tural Abbaslı yenilənmiş reyestr məlumatların yanvarın 12-də nazirliyə təqdim edildiyini bildirib:
“Hər il Ağ Partiya sıralarından çıxanların və dünyasını dəyişən üzvlərin siyahısını göstəririk. Eyni zamanda, yeni üzvlərin də siyahısı təqdim olunur”.
Ədalət, Hüquq, Demokratiya Partiyasının mətbuat xidmətinin rəhbəri Əli Zülfüqaroğlunun sözlərinə görə, təmsil etdiyi partiya yenilənmiş məlumatları Ədliyyə Nazirliyinə yanvarın 12-də göndərib:
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli hazırda məlumatların dəqiqləşdirildiyini və yanvarın 15-də təqdim ediləcəyini açıqlayıb:
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev yenilənmiş məlumatların artıq təqdim edildiyini deyib:
“Partiyamız yanvarın 9-da reyestr məlumatlarını yeniləyib və Ədliyyə Nazirliyinə təqdim edib”.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməlidir. Bu qanuna uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu qanunla müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur.
Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə 2 dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat təqdim etməlidir.

Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












