Hava limanına taksi girişinə niyə məhdudiyyət qoyulub?

Taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə müvafiq tələblər müəyyən edilib. Taksi operatorları ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində bu tələblərin tam şəkildə tətbiq olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq müsbət nəticəsini göstərməkdədir.
Bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) hava limanında taksi şirkətlərinin fəaliyyətinə məhdudiyyət qoyulması və nəticədə qiymətlərin kəskin artması ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq bildirilib.
“Bu çərçivədə Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində sərnişinlərə nümunəvi xidmətin təmin olunması məqsədilə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilməsinin vacibliyi bütün taksi operatorlarının diqqətinə bir daha çatdırılıb.
Qeyd olunan taksi şirkətləri məsuliyyətlərini qəbul edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə bu istiqamətdə əlavə tədbirlərin icrasına başlayıb”, – cavabda bildirilib.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












