Çimərliklərdə TƏHLÜKƏ VAR - XƏBƏRDARLIQ

FHN həftəsonu su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
“Bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti müşahidə olunacağı, bəzi yerlərdə temperaturun 41 dərəcəyə qalxacağı gözlənilir. Belə hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur.
Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladır.
Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
Qubada qırıcımızın havaya qaldırılmasının səbəbi bilindi - Yeni açıqlama
Skuterlə avtobusa minmək olar?
Motosiklet sürücülərinin qayda pozmalarının qarşısı necə alına bilər? - EKSPERT
Velosiped zolaqlarında təhlükənin qarşısı necə alınmalıdır? – TƏKLİF
Gürcüstandakı “insan mərkəzli küçə” nümunəsi Bakıya gətirilə bilər? - FOTO
Slovakiya Azərbaycana nəqliyyat sahəsində əlaqələri artırmağa kömək edə bilər - İQTİSADÇI
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA
Avtobusda kondisioneri işlətmədi, xəbərdarlıq olundu - RƏSMİ
İnfrastruktur layihələrində rəqəmsal əkiz texnologiyası niyə vacibdir? – İZAH










