Bu ölkə tamamən boşaldılır

Qlobal iqlim dəyişikliyi və dəniz səviyyəsinin sürətlə yüksəlməsi Sakit okeanda yerləşən kiçik ada dövləti Tuvalunu tamamilə yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qoyub.
Avtosfer.az xəbər verir ki, artıq ölkədə vətəndaşların təxliyəsi prosesinə rəsmən start verilib və bu çərçivədə yerli əhalinin təxminən 82 faizi rəsmi şəkildə Avstraliyaya köçmək üçün müraciət edib. Bu kütləvi köç iki ölkə arasında imzalanmış tarixi iqlim və təhlükəsizlik sazişi çərçivəsində reallaşdırılır.
“Falepili Birliyi” adı verilən bu tarixi müqavilə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində gələcəkdə tamamilə sular altında qalacağı gözlənilən Tuvalu vətəndaşlarına Avstraliyada yaşamaq, işləmək və təhsil almaq hüququ verir. Eyni zamanda, sazişə əsasən Avstraliya hökuməti hər hansı təbii fəlakət, hərbi təcavüz və ya pandemiya zamanı Tuvaluya təhlükəsizlik zəmanəti vermək və yardım göstərmək öhdəliyini üzərinə götürüb. Bu addım bəşəriyyət tarixində iqlim dəyişikliyi səbəbindən bütöv bir dövlətin əhalisinin başqa ölkəyə rəsmi şəkildə köçürülməsini nəzərdə tutan ilk presedent kimi qiymətləndirilir.
Cəmi 26 kvadratkilometr sahəyə malik olan Tuvalu üçün iqlim böhranı artıq uzaq gələcəyin deyil, bu günün reallığına çevrilib. Alimlərin və iqlimşünasların proqnozlarına görə, yaxın onilliklərdə ölkənin tamamilə yaşayış üçün yararsız hala düşəcəyi qaçılmazdır. Ölkə rəhbərliyi vətəndaşlarının fiziki mövcudluğunu qorumaq üçün bu çətin, lakin zəruri addımı atmaq məcburiyyətində qalıb. İmzalanan razılaşma həm də o baxımdan unikal xarakter daşıyır ki, köç prosesindən sonra da Tuvalu beynəlxalq hüquqa görə öz dövlət suverenliyini və dəniz sərhədləri üzərindəki hüquqlarını qoruyub saxlayacaq./metbuat.az
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












