Hər gün yanından keçirik, amma görmürük — Uşaqları belə "zəhərləyirlər"

Son vaxtlar ictimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışı valideynlər və ictimaiyyət arasında narahatlıq doğurur. Mütəxəssislər bildirirlər ki, bu məhsulların uşaqlara və yeniyetmələrə asan əlçatan olması onların sağlamlığına ciddi təhlükə yaradır və uzunmüddətli fəsadlara yol aça bilər.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, son qərarlar (18 yaşından aşağı şəxslərə siqaret və alkoqol məhsullarının satışının qadağan olunması, eləcə də elektron siqaretlərin ləğvi ) müsbət addımlardır və təqdirəlayiqdir:
“Lakin son dövrlərdə gənclər, xüsusilə məktəb yaşlı uşaqlar arasında siqaret, elektron siqaret və enerji içkilərinə meyillik artıb. Bu vərdişlər yalnız sağlamlıq üçün risk yaratmır, həm də uşaqların psixoloji və sosial inkişafına mənfi təsir göstərir. Enerji içkiləri və siqaretin gənclərdə istifadəsi uzun müddətli metabolik sindrom, şəkərli diabet, piylənmə, psixoloji və bəzən nevroloji pozuntulara səbəb ola bilər. Gənc yaşlarda başlayan vərdişlər isə gələcəkdə sağlamlıq problemlərinin daha da dərinləşməsinə gətirib çıxara bilər”.
Ekspert vurğulayıb ki, dayanacaqlarda və digər satış məntəqələrində bu məhsulların gənclərə satılması ciddi narahatlıq doğurur:
“Alverçilər tez-tez yaş məhdudiyyətini nəzərə almırlar və bu, uşaqların təhlükəyə məruz qalmasına səbəb olur. Bu vəziyyətə qarşı həm cəmiyyətin, həm də hüquq-mühafizə orqanlarının diqqəti vacibdir. İctimai qınaqlar, valideynlərin diqqəti və maarifləndirmə işləri gənclərin bu vərdişlərdən qorunmasında mühüm rol oynayır. Eyni zamanda, qanunverici və icraedici orqanların da tədbirlər görməsi, satışların ciddi şəkildə məhdudlaşdırılması artıq zərurətə çevrilib”.
Şahvələd Məmmədov əlavə edib ki, məqsəd sadəcə qadağa qoymaq deyil, həm də gənclərin sağlam həyat tərzini təşviq etməkdir:
“Valideynlər və müəllimlər uşaqları sağlam vərdişlərə yönəltməli, ictimaiyyət isə bu sahədə aktiv olmalıdır. Məqsəd gənclərin ürək-damar, psixoloji və ümumi sağlamlıq risklərini azaltmaq, onları təhlükəli vərdişlərdən qorumaqdır. Əlavə olaraq, media və təbliğat kampaniyaları vasitəsilə məlumatlandırma işləri genişləndirilməlidir ki, uşaqlar siqaret, elektron siqaret və enerji içkilərinin mənfi təsirlərini anlamalıdır”.
Gündəlik həyatda hər bir valideyn övladının məktəbə və ya kursa gedərkən keçdiyi dayanacaqlarda bu cür vasitələrlə qarşılaşmasından narahatdır. Satış məntəqələrində nəzarətin gücləndirilməsi və ekspertlərin bu çağırışı o deməkdir ki, gələcəkdə övladlarınızın xroniki xəstəliklərdən qorunması üçün daha təhlükəsiz mühit formalaşdırıla bilər. Bu, həm də ailə büdcəsinin gələcəkdə tibbi xərclərə deyil, uşağın inkişafına xərclənməsi üçün zəmanətdir.
Qeyd edək ki, gənclərin sağlamlığı üçün bu cür tədbirlər və maarifləndirmə işləri kritik əhəmiyyət daşıyır. Valideynlər, müəllimlər və ictimaiyyət birgə əməkdaşlıq edərək, uşaqların təhlükəli vərdişlərdən qorunmasına ciddi dəstək verə bilərlər.
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI










