"Həyatınızın bir hissəsi bizim ölkəmizlə bağlı olacaqdır" - Prezident

"Həyatınızın bir hissəsi bizim ölkəmizlə bağlı olacaqdır. Ümid edirəm, siz nəinki indi haqqında danışdığınız məsələlərin təşviqində bir səfir kimi fəal olacaqsınız, eyni zamanda, sizin ətrafı görmək və Azərbaycanı daha da yaxşı tanımaq imkanınız olacaqdır ki, Brüsselə və ya hər hansı başqa bir yerə geri döndükdə özünüzlə yaxşı xatirələr aparasınız".
Avtosfer.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən deyib.
"Siz qeyd etdiyiniz kimi, əməkdaşlığımızın, uzunmüddətli əməkdaşlığımızın çox geniş gündəliyi var. Bu, çox səmərəli və uğurlu əməkdaşlıqdır. Sizin qeyd etdiyiniz sahələr, əslində, bizim əməkdaşlığın prioritet sahələridir və prezident Şarl Mişelin bu yay səfəri zamanı biz bu məsələləri geniş müzakirə etdik. Bizim ikitərəfli münasibətlərimiz, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik. Bizim ənənəvi əməkdaşlıq sahələrimiz yaxşı məlumdur və biz böyük nailiyyət əldə etmişik. On il bundan əvvəl bu binada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair Bəyannamə imzalandı. Bu, Cənub Qaz Dəhlizinin icrası istiqamətində çox mühüm addım idi. Bundan sonra əməli addımlar atıldı və ötən ilin son günündən bu yana biz artıq əməli nəticələri görürük. Azərbaycan qazı artıq Avropa bazarındadır", - dövlət başçısı bildirib.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












