Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı

Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq.
H.Rəhimov da məsələyə sosial şəbəkə hesabında münasibət bildirib:
“Serialın həm yutub üzərində, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə, həm tamaşaçıların istəyinə hörmətlə yanaşıb, üzümüzə gələn həftə serialın yayımının bərpasına qərar verərlər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələr işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şura kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları “Media haqqında” Qanunun tələblərinə zidd sayıb. Nəticədə “ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.
“Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












