İran rejiminin "boz kardinalı": Əhməd Vahidi kimdir? - DOSYE

Son bir ay ərzində ABŞ və İsrailin İranın yüksək rütbəli rəsmilərini hədəf alması fonunda Tehranın daxili iyerarxiyasında yeni və güclü bir liderin adı ön plana çıxmağa başlayıb.
Qərb siyasi dairələri və “The Telegraph” nəşrinin analitiklərinə görə, bu şəxs bir çoxlarının düşündüyü kimi parlament spikeri Məhəmməd Baqer Qalibaf deyil, SEPAH-ın yeni baş komandanı Əhməd Vahididir. Xameneyi ideologiyasına sadiqliyi ilə seçilən Vahidi, hazırda rejimin hərbi, kəşfiyyat və bürokratik strukturlarında misilsiz təsir imkanlarına malikdir.
Avtosfer.az Konkret.az-a istinadən xəbər verir ki, Əhməd Vahidinin yüksəlişi 2005-ci ildə Mahmud Əhmədinejadın prezidentliyi dövründə başlayıb və o, dövlət bürokratiyasının milliləşdirilməsi və hərbiləşdirilməsinin əsas təşəbbüskarlarından biri olub. 2018-ci ildə Ali Milli Müdafiə Universitetinin rəhbəri təyin edilən Vahidi, mərhum Ali Rəhbər tərəfindən teokratik sistemin tam hərbiləşdirilməsi planını hazırlamaqla vəzifələndirilib. Ekspertlərin fikrincə, o, yeni Ali Rəhbər Müctəba Xameneyinin hakimiyyətini qoruyan və sistemin dağılmasının qarşısını alan əsas fiqurdur. Qalibafdan fərqli olaraq, Vahidinin daxili siyasi rəqibləri azdır və o, güc strukturlarında mütləq etibara sahibdir.
Analitiklər xəbərdarlıq edirlər ki, Müctəba Xameneyi və Əhməd Vahidi tandemi tərəfindən idarə olunan İran daha praqmatik deyil, əksinə, daha sərt və təhlükəli bir modelə – “İslamçı Şimali Koreya”ya çevrilə bilər. Məhz bu səbəbdən, beynəlxalq şərhçilər hazırkı hərbi kampaniyanın dayandırılmasının uzunmüddətli perspektivdə daha böyük təhdidlərə yol açacağını vurğulayırlar. Vahidinin rəhbərliyi altında rejimin daha da qapalısı və aqressivləşməsi ehtimalı bütün region üçün ciddi narahatlıq doğurur.
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










