İlham Əliyev Formula 1 rəsmilərini QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatolini qəbul edib.
Avtosfer.az xəbər verir ki, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulanıb, dünyada bu yarışlara marağın getdikcə artdığı bildirilib və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyi məmnunluqla qeyd olunub.
Dövlət başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini bildirib.
Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikali və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoli ölkəmizdə bu yarışların daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər, yarışlara beynəlxalq və Azərbaycan ictimaiyyətini daha çox cəlb etməyə çalışdıqlarını deyiblər. Onlar artıq dünyada çox tanınan Bakı şəhər halqasının Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biri olduğunu, bu yarışların keçirilməsi üçün Bakıda gözəl və müasir infrastrukturun yaradıldığını vurğulayıblar.
Görüşdə ölkəmizə xaricdə böyük marağın olduğu nəzərə alınaraq Formula 1 yarışlarını izləmək üçün çoxlu sayda tanınmış şəxslərin Azərbaycana dəvət olunması barədə fikir mübadiləsi aparılıb.
Stefano Domenikali və Flavio Briatoli Bakı şəhərinin gözəlliyinin, təmizliyinin və işıqlandırma sisteminin onlarda xoş təəssürat yaratdığını qeyd ediblər və bununla bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıblar. Onlar paytaxtımızın gözəlliyi barədə məlumatın beynəlxalq səviyyədə daha geniş yayılması üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri ilə bağlı da dövlət başçısını təbrik edən qonaqlar həmin ərazilərdə yol hərəkətinin təhlükəsizliyi istiqamətində görülən işlərin, xüsusilə minlərlə kilometr yeni avtomobil yollarının çəkilməsinin əhəmiyyətini bildiriblər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












