İlham Əliyev səfərlərdə xanımının çəkdiyi videolardan danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.
Avtosfer.az xəbər verir ki, Dövlət başçısı müsahibəsində jurnalistin azad edilən bölgələrə səfər zamanı görüntülərin birinci xanım Mehriban Əliyeva tərəfindən çəkilməsi ilə bağlı verdiyi suala cavab verib.
Ali Baş Komandan bildirib ki, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxıblar:
“Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq. Çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı. Ondan əvvəl təbii ki, Ağdam və digər rayonlar da var idi. Bu, xüsusi bir təşəbbüsdür. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən orada çox rəsmi görüşlər, çıxışlar, mərasimlər və sair olur. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi.
Bilirsiniz, bu sözləri deyərkən, ilk növbədə, mənim gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən, ilk növbədə, onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər və mən gəlmişəm oraya, mən bu evi görürəm, bu binanı görürəm, onlar görmürlər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı! Mən sizi də duyğulandırdım”.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










