İran Ermənistanın Gorus-Qafan problemini həll edəcək - Alternativ yol

İranın Yol nazirinin müavini yol çəkilişi ilə bağlı Ermənistanla məsləhətləşmələr aparmaq üçün Yerevana gedib. Qazet.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, İranın Yol və Şəhərsalma nazirinin müavini ölkəsinin Yerevana gedən alternativ kommunikasiya marşrutunun tamamlanmasını müzakirə etmək üçün Ermənistana yollanıb. Oktyabrın 3-ü, bazar günü Xeyrullah Xademi Ermənistanın Tatu yolunun tikintisində İranın iştirakına dair qərar verilməsi məqsədilə texniki və mühəndis heyətlə birlikdə bu ölkəyə səfərə gedib.
İRNA xəbər agentliyinin verdiyi məlumata görə, İran Tatu yolunun tamamlanmasında iştirak edərək Gorus-Qafan yolunu əvəz etməyə çalışır. 15 kilometrdən az hissəsi qalan Tatu yolunun tamamlanması o deməkdir ki, İran Azərbaycan ərazisinə girmədən Ermənistana çatacaq və oradan da Rusiya və Avropaya birləşəcək.
Buna görə də, dünən İranın texniki heyətinin Ermənistanda sözügedən yola baş çəkməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti sentyabrın 27-də “Anadolu” agentliyinə müsahibəsində Qarabağa qanunsuz olaraq yük maşınları göndərməsi və bu ölkənin sərhədləri yaxınlığında hərbi təlim keçirməsinin məqsədi ilə bağlı İrana faktlara əsaslanan suallar ünvanlayıb. Lakin bu həqiqətlər qarşısında cavabsız qalan Tehran hökuməti Ərdəbilin imam-cüməsi ayətullah Həsən Amili də daxil olmaqla bir sıra İran siyasətçiləri və hərbçiləri vasitəsilə hər gün Azərbaycan əleyhinə saxta ittihamlar səsləndirir.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












