İslam Səfərli küçəsi piyadalar üçün necə əlverişli ola bilər? – EKSPERT AÇIQLADI

Paytaxtın Yasamal və Səbail rayonlarını birləşdirən və ötən ildən piyadalaşdırılmasına qərar verilən küçə ilə bağlı müzakirələr davam edir.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşlar İslam Səfərli küçəsinin aqibətinin necə olacağı ilə əlaqədar müxtəlif fikirlər səsləndirir. Bir qism istifadəçi küçədəki işlərin yarımçıq dayandırılacağını, ya da hansısa ciddi dəyişikliyin olmayacağını bildirir. Məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən daha əvvəl də münasibət bildirilsə də, küçənin necə dəyişəcəyini yalnız təmirdən sonra biləcəyik.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev İslam Səfərli küçəsinin birləşdiyi digər yollarla bağlı da təklif verib. Öz sosial şəbəkə hesabında paylaşım edən ekspert qeyd edib ki, İslam Səfərli küçəsinin piyadalaşdırılması Qış Parkı ilə Fəvvarələr Meydanı arasında fasiləsiz piyada marşrutu yaradır və bu, müsbət addımdır.

“Amma Füzuli, Şəmsi Bədəlbəyli və Mirzəağa Əliyev küçələrində eyni səviyyəli piyada keçidləri və avtobus dayanacaqlarının sayı artırılmasa, layihə tam işlək olmayacaq.
Piyada marşrutu yalnız daş döşəmə ilə yox, təhlükəsiz keçid və əlçatan ictimai nəqliyyatla tamamlanmalıdır”.
Səfər
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












