İstanbulda Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib - FOTO

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Cümhuriyyəti Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan – Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib. DANX-dan Avtosfer.az-a bildirilib ki, iclasda Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib. Görüşdə iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları haqqında fikir mübadiləsi aparılıb. Naxçıvan Muxtar Respublikasının avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, türk daşıyıcılarının Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit hərəkət imkanları və Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə tranzit keçməklə Orta Asiyaya daşımaları həyata keçirərkən xərclərinin optimallaşdırılması müzakirə edilib.
Pandemiya zamanı bəzi ölkələrin sərhəd-keçid məntəqələrində yaranan məhdudiyyətlər, Türkiyə daşıyıcılarının Azərbaycan ərazisindən tranzit keçidinə ehtiyacının artması və ticari-iqtisadi əlaqələrin genişlənməsi nəzərə alınaraq, beynəlxalq daşımalar üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı mövcud ehtiyaca uyğunlaşdırılıb.
Tərəflər arasında Şərq-Qərb istiqamətindəki yükdaşımaların asanlaşdırılması ilə bağlı müxtəlif platformalardakı layihələrdə birgə fəaliyyət istiqamətləri razılaşdırılıb və bu sahədə ölkəmizin daşıyıcılarının rolunun artırılması üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
İclasda "Bakı – İstanbul – Bakı" marşrutu üzrə sərnişin daşınmasının “COVID-19” pandemiyası ilə əlaqədar dayandırılması və karantin şərtlərinin yumşaldılması ilə əlaqədar bərpa edilməsinin mümkünlüyü barəsində də fikir mübadiləsi aparılıb.
Yekunda perspektivlər və digər aktual məsələlərə dair müvafiq Protokol imzalanıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar













