İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO

Qırmızı Ordunun (SSRİ) azərbaycanlı əsgəri Xudaverdiyev Məmməd Fəttah oğlunun nəşinin qalıqları tapılıb. Avtosfer.az "Unikal.az"a istinadən xəbər verir ki, 1943-cü ildə itkin düşmüş əsgərin nəşinin qalıqları Smolensk vilayətinin Duxovşinski rayonundakı köhnə səngərdə tapılıb. Onunla bərabər dörd Qırmızı Ordu əsgərinin qalıqları da aşkar edilib. Lakin Məmməd Xudaverdiyevin qalıqlarını onun qaşığının üstünə yazdığı ad-soyadından tapmaq mümkün olub. Qeyd edək ki, 1918-ci ildə Lerik rayonunda anadan olan SSRİ əsgərinin qalıqları Smolenskin Ozernı kəndindəki Xatirə meydanında dəfn olunacaq. İndi ondan üstündə adının baş hərfləri və soyadının yazıldığı qaşıq, dəbilqəsi və ölümündən sonra ona verilən medal qalıb. M.Xudaverdiyevin əşyaları isə Azərbaycana gətiriləcək.




Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












