Kamil Zeynallıya 30 gün həbs cəzası verildi - YENİLƏNİB

Göygöl Rayon Məhkəməsi fitnes məşqçisi Kamil Zeynallı ilə bağlı qərarı açıqlayıb.
Avtosfer.az-ın xəbərinə görə, qərara əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Report"a bildirilib ki, K.Zeynallı dekabrın 13-ü axşam saatlarında işğaldan azad edilən Kəlbəcər rayon ərazinə getməyə cəhd edib:
“O, stasionar posta yaxınlaşıb, həmin əraziyə keçmək istədiyini bildirib. Polis əməkdaşları da bunun mümkünsüz olduğunu, yalnız xüsusi icazəyə malik dövlət qurumları əməkdaşlarının keçə biləcəyini deyib. Kamil Zeynalı isə israr edib, polisin qanuni tələbinə tabe olmayıb. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilib”.
Qeyd edək ki, K.Zeynallı əvvəllər də bir neçə dəfə inzibati qaydada həbs olunub.
Tanınmış fitness məşqçisi Kamil Zeynallı saxlanılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Kamil Zeynallı bu gün Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb.
O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib. Hazırda barəsində məhkəmə qərarının çıxarılması gözlənilir.
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF












