Kamran Əliyev Xanlar Vəliyevin bütün kadrlarını işdən çıxardı - YENİ TƏYİNATLAR

Azərbaycanın keçmiş Hərbi prokuroru, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan general-leytenant Xanların Vəliyevin dövründə vəzifəyə təyin olunan bütün şəxslər Hərbi Prokurorluğun rəhbərliyindən uzaqlaşdırılıb.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, X.Vəliyev Hərbi prokuror işlədiyi dövrdə onun 3 müavini olub: Şəfahət İmranov, Mehdi Hüseynzadə və Fuad Məmmədov.
2025-ci ilin aprel ayında Xanlar Vəliyev Baş prokurorun müavini – Hərbi prokuror vəzifəsindən azad edilib və Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Təxminən bir ay sonra Bəhruz Əhmədov Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru təyin edilib.
Bundan sonra Hərbi Prokurorluqda ciddi kadr dəyişiklikləri olub.
Ötən il iyulun 14-də Hərbi prokurorun müavini, ədliyyə polkovniki Mehdi Hüseynzadə işdən çıxarılıb.
Ötən gün isə general-mayor Şəfahət Mehdiyev və general-mayor Fuad Məmmədov müavin vəzifəsindən azad ediliblər.
Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Ş.İmranov Abşeron, F.Məmmədov isə Tərtər rayon prokuroru postuna təyinat alıb.
Qeyd edək ki, Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.
Ş.İmranov 17 il Hərbi prokurorun müavini işləyib. O, bu vəzifəyə 2009-cu il dekabrın 4-də o zaman Baş prokuror olan Zakir Qaralovun əmri ilə təyin edilmişdi.
Hərbi prokurorun vəzifədən uzaqlaşdırılmış digər müavini, ədliyyə general-mayoru F.Məmmədov 2020-ci ilin iyul ayından bu vəzifəni tuturdu. Onun təyinatı ilə bağlı əmri Baş prokuror Kamran Əliyev imzalamışdı. F.Məmmədov bu təyinata qədər Hərbi Prokurorluqda şöbə rəisi olub.
Hərbi prokurorun digər müavini Mehdi Hüseynzadə 2022-ci ilin mart ayında Baş prokuror Kamran Əliyevin əmri ilə bu vəzifəyə təyinat almişdi.
Beləliklə də, Bəhruz Əhmədovun hər üç müavini dəyişib. Hazırda Hərbi prokurorun müavini vəzifələrini ədliyyə polkovnikləri Qasım Məmmədov, Elmir Süleymanlı və Nihad Şıxəliyev tutur.
Bundan başqa, Hərbi Prokurorluğun demək olar ki, bütün idarə və şöbə rəisləri dəyişib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin NƏZƏRİNƏ!
“McDonald’s”dan sifariş verdiyi yeməkdən narazı qalıb pulunu geri istədi; görün nə baş verdi - ŞİKAYƏT
Təhlükəsizlik kəməri problemi; bu marka avtomobillər geri çağırılır
Mərkəzdə yeraltı keçid sahibkarlara satılır; şəhərin görünüşü pozulur – MEMAR – FOTO
Finlandiya müdafiə nazirinin açıqlaması ölkəni Rusiya tərəfdaşı kimi göstərir? – Deputat AÇIQLADI
Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO
Köhnə standartlar şəhərlərin inkişafına mane olur? – Ekspert AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI










