Kəlbəcərdə körpə təcili yardım maşınında dünyaya gəldi - FOTO

Kəlbəcərdə çağırışa gələn təcili tibbi yardım briqadası doğuş prosesini idarə etməli olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saat 10:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sözügedən kənddən 23 yaşlı hamilə qadınla bağlı çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Tərtər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi tərəfindən 34 həftəlik hamilə qadının vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icra olunub.
Doğuş zamanı dölün boynuna göbək ciyəsinin dolandığı müşahidə olunub və müvafiq müdaxilə ilə boyun göbək ciyəsindən təhlükəsiz şəkildə azad edilib. Daha sonra isə briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb.
Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş müvafiq tibb müəssisəsinə təxliyə olunub. Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Körpənin cinsi qız, çəkisi 2 kq, boyu isə 44 sm olub. Hazırda ana və körpənin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb













