Kiberpolis əməliyyat keçirdi: Qadınları şantaj edənlər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) süni intellekt proqramlarından istifadə etməklə qadınları şantaj edən şəxsləri saxlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
KMBİ-yə naməlum şəxslərin qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoşəkilləri süni intellekt proqramlarından istifadə edərək üzərinə nalayiq ifadələr yazdıqları, həmin görüntüləri müxtəlif sosial media platformalarında yaydıqları və bu görüntülərin silinməsi müqabilində zərərçəkənlərdən pul tələb etdikləri barədə məlumatlar daxil olub.
Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər "TikTok", "Instagram" və "Telegram" sosial şəbəkələrindən qadınlara məxsus fotoları süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz məzmunlu informasiyalar əlavə ediblər. Daha sonra saxta hesablar vasitəsilə bu görüntüləri sosial şəbəkələrdə yayımlayıb silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.
Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Bir daha vətəndaşların diqqətinə çatdırılıb ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşılan foto və videogörüntülər müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və qanunsuz məqsədlərlə istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamaq, şübhəli mesaj və təkliflərə etibar etməmək tövsiyə olunur.
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib - FOTO
Trampın “Green Card”la bağlı 100 min dollar tələbinin səbəbi nədir? - AÇIQLAMA
Azərbaycanda sürücülərin yanacaq xərcləri niyə artıb? - İQTİSADÇI
Azərbaycanda parklanma yerləri ilə bağlı YENİ QƏRAR
"Arzum9999"un məhkəməsindən YENİ XƏBƏR
"Ağ Şəhər" modeli niyə Bakının digər ərazilərində tətbiq olunmur? – MEMAR
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Slovakiya Qarabağa investisiya qoyuluşunda maraqlıdır? - POLİTOLOQ
Tehranda etiraz aksiyaları başladı - VİDEO
Prezidentdən önəmli FƏRMAN
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri











