Komitə sədri Vətən Müharibəsi Qəhrəmanı Murad Əflətovun valideynləri ilə görüşüb - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı, Saatlı rayonu Nəsimikənd sakini Murad İlyas oğlu Əflətovun valideynləri ilə görüşüb. Qəhrəman valideynlərini işğalçı düşmən üzərində parlaq qələbə və övladlarının Vətən Müharibəsi Qəhrəmanı adı alması münasibəti ilə təbrik edən Q.Paşayeva, onlara Milli Məclisin Mədəniyyət Komitəsi adından Təşəkkür və Təbrik Məktubu, üstünə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib. “Sizin Qəhrəman oğlunuz və silahdaşları Azərbaycan hərb tarixinin qızıl səhifəsinə düşəcək Tarixi Zəfərin qazanılmasında vətənpərvərlik və fədakarlıqla iştirak edib, özlərindən sonra gələcək yeni hərbçi nəsillərimiz üçün unudulmaz örnəklər yaradıblar. Müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran qəhrəman hərbçilərimiz, başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini, siz qəhrəman valideynlərinin dəyanətini dünyaya göstərmiş oldu. Övladınız və silahdaşları əcdadımızdan gələn hərbi ənənələri texnoloji yeniliklərin tətbiqi ilə zənginləşdirərək, Ermənistanın 30 ilə yaxın qurduğu istehkamları, sədləri 44 gün içində darmadağın etdi. Murad kimi oğullarımızın xilaskarlıq missiyası mədəniyyət beşiyimiz Şuşa şəhərinin, digər şəhər və rayonlarımızda tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb. Murad kimi qəhrəman oğul böyütdüyünüz üçün sizə bir daha təşəkkür edirəm! Oğlunuzun Vətən Müharibəsi Qəhrəmanı adı mübarək olsun”! Görüşdə Axıska Türkləri “Vətən” Cəmiyyətinin başqanı İsmayıl Rəhimov, “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.
Fidan
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO















