Kredit ödənişi bayrama düşənlərin nəzərinə: Bu halda cərimələnəcəksiniz

Kredit ödəniş gününün bayram və ya qeyri-iş gününə təsadüf etməsi bir çox borcalanı maraqlandıran məsələlərdəndir.
Bəs, kredit ödəniş günü bayrama düşsə gecikmə hesablanırmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu məsələ birbaşa bağlanmış müqavilənin şərtlərindən asılıdır:
“Kredit müqaviləsində ödəniş tarixinin qeyri-iş günlərinə düşdüyü hallarda nə cür davranılacağı göstərilməlidir. Çünki orada ödəniş tarixi dəqiq qeyd olunur. Əgər müqavilədə bununla bağlı xüsusi bənd yoxdursa və ödəniş tarixi ötürülürsə, həmin gündən etibarən cərimə faizi hesablanır.”
Ekspertin sözlərinə görə, bu məsələnin birmənalı həlli yoxdur və hər bir halda müqavilə şərtlərinə diqqət yetirilməlidir.
“Bəzi banklar ödəniş günü bayrama düşərsə, növbəti iş gününə qədər güzəşt tətbiq edir, lakin bu, yalnız müqavilədə qeyd olunduğu halda mümkündür,” – deyə Xalid Kərimli əlavə edib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












