Kür üzərindən tikilən pullu körpünün faydası nədir? - VİDEO

Sabirabadda Kür çayının üzərində ödənişli körpü (panton) fəaliyyət göstərir. Hər gün bu körpüdən yüzlərlə sürücü istifadə edir.
Uzunluğu 170, eni isə 5 metr olan bu körpü 2000-ci ildə istifadəyə verilib, rayonun Ulacalı və Qruzma kəndlərini birləşdirir. Kürün üzərində ona paralel bir neçə ödənişsiz körpü də var. Lakin onlar təxminən 15-20 km məsafədə yerləşdiyi üçün sürücülər 50 qəpik verib, buradan keçməyə üstünlük verirlər.
Həmin körpü həm də rayonun Qəzli, Yenikənd və Kovlar kəndlərinə getməyə, eləcə də Bakı-Qazax magistral avtomobil yoluna çıxmağa imkan verir.
Sürücülər deyir ki, körpüdən əvvəl burada bərə fəaliyyət göstərib. Lakin sonradan körpünün salınmağı onların işini bir xeyli asanlaşdırıb. Nəzarətçilər bildirirlər ki, körpü fərdi sahibkara məxsusdur və sürücülər müəyyən edilmiş məbləği hər dəfə ödəməlidirlər.
Məsələn, körpünün üstündən avtomobillə çayın o biri tərəfinə keçənlərdən geri qayıdanda da haqq alınır. Bununla belə, I və II Qarabağ savaşında şəhid olmuş şəxslərin ailə üzvləri, eləcə də qazilər pul ödəmirlər. Yığılan vəsait hesabına burada çalışan 3 nəfərə maaş verilir, vergilər, istifadə olunan elektrik enerjisinin haqqı (körpünün işıqlandırılması üçün) ödənilir, eləcə də körpünün hər iki tərəfindəki yollar təmir edilir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI










