Laçınsız 22 il - VİDEO

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar mayın 17-də Beynəlxalq Mətbuat Mərkəzində "72 kilometr" adlı qısametrajlı filmin təqdimatı oldu. Bir qrup laçınlı gəncin təşəbbüsü və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin maliyyə dəstəyi ilə ərsəyə gələn filmin rejissoru Səmimi Fərhaddır. Filimin sujet xəttində atası Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan gəncin və müharibədə yaxınlarını itirmiş insanların xatirələri və doğma torpağa qayıtmaq istəyi təşkil edir. Fiziki cəhətdən Laçından çox uzaqda olsaqda ruhən daim Laçındayıq. Biz inanırıq tezliklə öz torpaqlarımıza qayıdacayıq, Azərbaycan ordusu buna qadirdir. Bunu Laçın alayının komandiri olmuş Arif Paşayev bildirdi. O, gənclərin bu təşəbbüsünü çox bəyəndiyini və dəstəklədiyini vurğuladı. Daha sonra çıxış edən Qəzənfər Hüseynov dedi ki, bu gün Azərbaycan gəncləri vətənpərvər, Vətənə, millətinə bağlı bir nəsil kimi yetişirlər. "Biz onlarda vətənpərvərlik hissini daha da gücləndirməliyik", deyə o əlavə etdi.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiəsi Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov filmlə bağlı fikirlərini bölüşdü: "Belə filmlər təkcə daxili auditoriya üçün deyil, həm də beynəxalq ictimaiyyət üçün hazırlanmalıdr. Ermənilərin Azərbaycan xalqının başına gətirdikləri faciələr beynəlxalq ictimaiyyətə daha geniş çatdırılmalıdır".
Digər çıxış edənlər də Laçınla bağlı xatirələrini bölüşdü, 1992-ci il mayın 18-də erməni işğalçılarının rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etdiklərini söylədilər.
Qeyd edək ki, mayın 18-də Laçın rayonun işğalı ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olunacaq.
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"















